Azərbaycan Milli Mətbuatının 151-ci ildönümü qeyd olunub (Foto)

20 İyul 2026 23:13

20 iyul 2026-cı il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və "İncəsənətin Tərəqqisinə Dəstək" İctimai Birliyinin təşkiıatçılığı ilə Milli Mətbuatın 151-ci ildönümü qeyd olunub.  

Milli.Az xəbər verir ki, tədbirdə görkəmli sənət adamları, ölkə teatrlarında çalışan, teatr sənətinin təbliğində əməyi olan mütəxəssislər və media nümayəndələri iştirak ediblər. 

Çıxış edənlər - Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, sədr müavinləri - Xalq artisti, professor İlham Namiq Kamal və Əməkdar artist, professor Azad Şükürov zəngin və şərəfli tarixi olan milli mətbuatın keçmişindən və bu günündən danışıb, bayram münasibəti iştirakçıları təbrik ediblər. 
Tədbirdə teatr sənətinin təbliğində xidməti olan teatr mütəxəssisləri "İttifaqın dostu" diplomu, Fəxri fərman və "Teatr fədaisi" medalı ilə təltif olunublar.

İştirakçılara milli mətbuatın tarixini və bu gününü əks etdirən videoçarx, gənc ifaçıların təqdimatında maraqlı və rəngarəng musiqi nömrələri nümayiş etdirilib. Sonda xatirə şəkli çəkilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)