Salyanda yol qəzasında ölənlərin sayı 4 nəfərə çatıb - Yenilənib (Foto)

21 İyul 2026 00:05

Salyanda yol qəzasında ölənlərin sayı dörd nəfərə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  hadisə zamanı xəsarət alan, rayonun Şorsulu kənd sakini, 1972-ci il təvəllüdlü Əsədov Vüqar Tahir oğlu həkimlərin səyinə baxmayaraq, xəstəxanada ölüb.

------------

Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfər (1 qadın, 4 kişi) 20.07.2026-cı il tarixində 18:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.

Vəziyyəti kritik ağır olan 1 nəfərin (kişi) isə aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 19:00 radələrində bioloji ölüm faktı qeydə alınıb.

----------

Milli.Az-ın məlumatına görə, qəza nəticəsində Şorsulu kənd sakinləri Əhmədov Elnur, Qasımov İlkin və Qasımov Nizami Həsənağa oğlu həyatını itirib.

Hümbətov Əlifağa, Məmmədova Rəhmiyyə və Əsədov Vüqar isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

----------

"Toyota" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfərin öldüyü bildirilir.

Xəsarət alanlar Salyan xəstəxanasına çatdırılıb.

"VAZ"da sıxılı vəziyyətdə qalan iki nəfərin meyiti FHN-in qüvvələri tərəfindən çıxarılıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)