Endi Börnhem Böyük Britaniyanın yeni Baş naziri olub

20 İyul 2026 17:11

Böyük Britaniyada hökumət rəhbərliyi dəyişib.

Milli.Az xəbər verir ki, Bukinqem Sarayı Kral III Çarlzın Leyboristlər Partiyasının lideri Endi Börnhemi hökuməti formalaşdırmağa dəvət etdiyini açıqlayıb.

Məlumata görə, Endi Börnhem kralın təklifini qəbul edərək Böyük Britaniyanın Baş naziri və Xəzinədarlığın Birinci Lordu vəzifəsinə rəsmi təyin olunub.

Qeyd edək ki, bundan əvvəl Keir Starmer Bukinqem Sarayında Kral III Çarlzla görüşü zamanı Baş nazir vəzifəsindən istefa verdiyini açıqlamışdı.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)