Dubayda yaşayan ərəb milyarder ilk övladlarını dünyaya gətirən həyat yoldaşına etdiyi bahalı hədiyyə ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, biznesmen yeni ana olan xanımına xüsusi sifarişlə hazırlanan, 24 əyar qızıl örtüklü Rolls-Royce avtomobili bağışlayıb.
Təxminən 140 milyon türk lirəsi (təxminən 5 milyon manat) dəyərində olduğu bildirilən lüks avtomobil həm özünəməxsus dizaynı, həm də qiyməti ilə böyük maraq doğurub.
Sosial şəbəkələrdə yayılan görüntülər qısa zamanda geniş yayılıb. İstifadəçilər bahalı hədiyyə ilə bağlı müxtəlif fikirlər səsləndirib, paylaşım minlərlə bəyənmə və şərh toplayıb.
Qızıl detallarla bəzədilən eksklüziv Rolls-Royce dəbdəbəsi ilə diqqət mərkəzinə çevrilərək sosial mediada ən çox müzakirə olunan görüntülərdən biri olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)