"Qarabağ"ın da potensial rəqibi bəlli oldu

20 İyul 2026 15:43

UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Milli.Az xəbər verir ki, püşkün nəticəsinə əsasən, Azərbaycan çempionu "Qarabağ" ikinci təsnifat mərhələsində Bolqarıstanın SSKA klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti raundda "Şerif" (Moldova) - "Makkabi" (Təl-Əviv, İsrail) cütünün qalibi ilə qarşılaşacaq.

Həmçinin püşkdə Çempionlar Liqasının 2-ci mərhələsinin "Sabah" (Azərbaycan) - KuPS (Finlandiya) cütünün məğlubunun da Avropa Liqasındakı potensial rəqibi bəlli olub. Cütün məğlubu "Levski" (Bolqarıstan) - "Universitatya" (Krayova, Rumıniya) məğlubu olub. "Sabah" (Azərbaycan) - KuPS (Finlandiya) cütünün məğlubu 3-cü mərhələdə ilk oyunu evdə keçirəcək.

Qeyd edək ki, "Qarabağ" əvvəlcə SSKA səddini adlamalıdır. Ağdam təmsilçisi bu mərhələni uğurla başa vuracağı halda, Avropa Liqasının 3-cü təsnifat mərhələsində sözügedən cütün qalibi ilə üz-üzə gələcək.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)