Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif idman yarışında uğur qazanıb.
Milli.Az xəbər verir ki, Yusif Gəncədə keçirilən karate yarışında birinci yerə layiq görülüb. O, qazandığı qələbəni sosial şəbəkə hesabında paylaşaraq bunu yaxın vaxtlarda vəfat edən dayısına həsr etdiyini bildirib.
"Bu qələbəni dayıma həsr edirəm. O, bir müddət əvvəl rəhmətə gedib. Bu gün onun 40 mərasimi idi", - deyə o qeyd edib.
Xatırladaq ki, Rəşad Dağlı qəsdən adam öldürmə və qanunsuz olaraq soyuq silah saxlama maddələri ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)