İran ABŞ-dakı mundialdan narazıdır - Səbəb

20 İyul 2026 13:28

İran Xarici İşlər Nazirliyi ABŞ-da keçirilən 2026-cı il Dünya Kuboku zamanı İran millisinin müxtəlif maneələrlə üzləşdiyini bildirib.

Milli.Az xəbər verir ki, bunu İran XİN-in sözçüsü İsmayıl Bəqai mətbuat konfransında deyib.

O bildirib ki, mundialın siyasətlə yükləndiyini düşünürlər.

Bəqai İspaniya millisinin Dünya Kubokundakı qələbəsini də təbrik edib və İspaniyanın İsrailin Qəzzadakı əməliyyatları ilə bağlı mövqeyini yüksək qiymətləndirdiklərini qeyd edib.

Qeyd edək ki, iyulun 19-da keçirilən final qarşılaşmasında İspaniya Argentina yığmasını 1:0 hesabı ilə məğlub edərək DÇ-2026-nın qalibi olub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)