Vətəndaşların diqqətinə: “ASAN xidmət”də rüsumların qaytarılması qaydası dəyişdi

20 İyul 2026 12:34

"ASAN xidmət" mərkəzlərinə müraciət edən vətəndaşlar üçün yeni qayda tətbiq olunub.

Milli.Az xəbər verir ki, bundan sonra dövlət orqanları tərəfindən göstərilən xidmətlər üzrə düzgün tutulmayan və ya artıq ödənilmiş dövlət rüsumlarının geri qaytarılması "ASAN xidmət" tərəfindən deyil, vətəndaşın müraciət etdiyi xidməti göstərən müvafiq dövlət orqanı tərəfindən həyata keçiriləcək.

Bildirilib ki, rüsumun geri qaytarılması vətəndaşın ərizəsi əsasında həmin dövlət qurumu tərəfindən icra olunacaq.

"ASAN xidmət" vətəndaşlardan bu dəyişiklikləri nəzərə almalarını xahiş edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)