Bakıda Tennis Akademiyasında ölüm hadisəsi baş verib

20 İyul 2026 11:55

Bakının Binəqədi rayonunda yerləşən Bakı Tennis Akademiyasında ölüm faktı qeydə alınıb.

Milli.Az unikal.az-a istinadən xəbər verir ki, hadisə iyulun 17-də baş verib.

Məlumata görə, 1978-ci il təvəllüdlü Bakı şəhər sakini Rəşad Məmmədovun halı qəfil pisləşib və o, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)