İsmayıllı rayonunda üç nəfərin həyatına son qoyan ağır yol-nəqliyyat hadisəsində həlak olan Nihad Allahverənovun fotosu yayılıb.
Milli.Az xəbər verir ki, məlumata görə, hadisə "Opel" markalı minik avtomobili ilə motosikletin toqquşması nəticəsində baş verib.
Qəza zamanı motosikletin sürücüsü, 23 yaşlı Nihad Allahverənov, "Opel"in sürücüsü, 38 yaşlı İsa Rzayev və 46 yaşlı Samirə Hüseynova həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az oxu.az-a istinadla Nihad Allahverənovun fotosunu təqdim edir:
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)