Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən hoteldə meyit tapılıb.
Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə iyulun 18-də baş verib.
Hoteldə Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü İ.İbrahimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı otaqda tapılıb.
Araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)