Polis 11 tüfəng və 198 patron aşkarlayıb

20 İyul 2026 10:51

İyulun 18-də və 19-da polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində əməliyyat tədbirləri keçirilib.

Milli.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında keçirilən tədbirlər nəticəsində 11 tüfəng və 198 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Bildirilib ki, DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunması və qarşısının alınması məqsədilə əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)