İspaniya millisinin gənc ulduzu Lamin Yamal dünya çempionatının finalından sonra etdiyi hərəkətlə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, final fitindən dərhal sonra Yamal Argentinanın kapitanı Lionel Messinin yanına gedərək onu qucaqlayıb. Gənc futbolçunun bu jesti sosial şəbəkələrdə geniş müzakirə olunub və idmansevərlər tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, dünya çempionatının finalında İspaniya Argentinanı 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)