Argentina antirekordla dünya çempionatı tarixinə düşdü

20 İyul 2026 10:11

Argentina millisi dünya çempionatının finalında göstərdiyi statistik göstərici ilə arzuolunmaz rekorda imza atıb.

Milli.Az xəbər verir ki, finalda İspaniya ilə üz-üzə gələn Cənubi Amerika təmsilçisi görüş ərzində qapıya doğru cəmi üç zərbə endirsə də, onların heç biri qapı çərçivəsinə düşməyib.

Beləliklə, Argentina dünya çempionatları tarixində final matçında qapı çərçivəsinə bir dəfə də olsun dəqiq zərbə vura bilməyən ilk komanda kimi qeydə alınıb. Bu göstərici komandanın mundial finalları tarixində antirekord müəllifi olmasına səbəb olub.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)