İsmayıllıda daha bir qəza - Xəsarət alan var

20 İyul 2026 09:29

İsmayıllıda avtomobil qəzası baş verib.

Milli.Az apa-ya istinadən xəbər verir ki, avtomobil yoldan çıxaraq maneəyə çırpılıb.

Hadisə nəticəsində Bakı şəhər sakini 1970-ci il təvəllüdlü Məmmədov İlham Rəsul oğlu ağır dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)