Hazır yuxa ilə qısa müddətdə hazırlanan pendirli börek öz xırtıldayan qatı və yumşaq içliyi ilə çay süfrələrinin ən praktik dadlarından biridir.
Milli.Az xəbər verir ki, praktik və ləzzətli yemək axtaranların favoritinə çevriləcək bu resept qısa hazırlanma müddəti ilə ən məşğul günlərinizdə belə köməyinizə çatacaq. Hazır yuxa, xüsusi sous və bol pendirli içliklə hazırlanan bu təam, evdə açılmış börek ləzzətini zahmet çəkmədən süfrənizə gətirir.
Pendirli börek üçün lazım olan ərzaqlar:
Börek üçün: 5 ədəd hazır yuxa
Sousu üçün:
2 ədəd yumurta
1 stəkan qatıq
1 çay stəkanı süd
Yarım stəkan günəbaxan yağı
1 yemək qaşığı nişasta
Yarım paket qabartma tozu
Yarım çay qaşığı duz
İçliyi üçün:
170 qram ağ pendir
3-4 budaq cəfəri
1 çay qaşığı qara istiot
1 çay qaşığı duz
Hazırlanması:
Sous üçün nəzərdə tutulan yumurta, qatıq, süd, bitki yağı, nişasta, qabartma tozu və duzu bir qabda yaxşıca qarışdırın.
Cəfərini xırda-xırda doğrayın. Ağ pendiri əzin və üzərinə cəfəri, duz, qara istiot əlavə edib qarışdırın.
Sobanın qabını (formanı) yüngülcə yağlayın. İlk yuxanı kənarları kənara sallanacaq şəkildə formaya sərin və üzərinə bir neçə qaşıq hazırladığınız sousdan gəzdirin.
İkinci yuxanı büküşlü şəkildə yerləşdirin, yenə sousdan çəkin və pendirli içlikdən səpin. Qalan yuxaları da eyni qayda ilə qat-qat hazırlayın.
İlk yuxanın kənara sallanan hissələrini böreyin üzərinə doğru bağlayın. Qalan sousu böreyin hər yerinə yayın.
Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada, üzəri qızarana qədər təxminən 30 dəqiqə bişirin.
Sobadan çıxardıqdan sonra bir neçə dəqiqə dincəlməyə qoyun, sonra dilimləyərək servis edin.
Nuş olsun!
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)