Azərbaycanlı aparıcı boşandığı biznesmen əri ilə bağlı suala əsəbiləşdi – (Video)

20 İyul 2026 14:08

Aparıcı Şəbnəm Naibli qatıldığı televiziya proqramında keçmiş həyat yoldaşı ilə bağlı ünvanlanan suala sərt reaksiya verib.

Milli.Az xəbər verir ki, eefirdə şəxsi həyatı barədə danışmaq istəməyən aparıcı bu mövzunun müzakirə edilməsinə etiraz edib. Şəbnəm bildirib ki, verilişə şəxsi həyatı deyil, özü və fəaliyyəti haqqında danışmaq üçün gəlib.

"Bura özümdən danışmağa gəlmişəm. Mənim evlənməyimin və ya boşanmağımın kimə nə aidiyyəti var ki? İnsanlara özümü sübut etməli deyiləm", - deyə aparıcı qeyd edib.

Şəbnəm Naiblinin bu sözləri studiyada diqqət çəkib və qısa müddətdə sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub. İzləyicilər aparıcının emosional reaksiyası ilə bağlı fərqli fikirlər bildiriblər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)