Millimiz Avropa çempionatının B Liqasının qalibi oldu (Foto)

19 İyul 2026 21:47

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının (EBSL) seçmə mərhələsinin qalibi olub.

Milli.Az xəbər verir ki, millimiz finalda Latviya yığmasını 4:0 hesabı ilə məğlub edərək, B Liqasını çempion kimi tamamlayıb. Komandamızın heyətində Elşad Manafov 2, Orxan Məmmədov və Ramil Əliyev isə hərəyə 1 qol vurublar.

Millimiz eyni zamanda qitə birinciliyinin A Liqasına yüksələrək növbəti mövsümdən Avropanın ən güclü komandaları sırasında mübarizə aparmaq hüququ qazanıb.
Bundan başqa, Elçin Qasımov turnirin ən yaxşı qapıçısı, Sahib Məmmədov isə ən yaxşı oyunçusu seçilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)