Kürdəmirdə iki yük maşını toqquşdu

19 İyul 2026 18:53

Kürdəmirdə iki yük maşını toqquşub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Bakı- Qazax magistralının rayonun Sığırlı kəndindən keçən hissəsində baş verib.

Qazax istiqamətində hərəkətdə olan iki TIR toqquşub. Toqquşmanın təsirindən TIR- lardan biri yoldan çıxaraq aşıb.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Fakt araşdırılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)