Türkiyənin Diyarbəkir şəhərinin Bağlar rayonunda tələbələri daşıyan avtobusla minik avtomobili toqquşub.
Milli.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində 17 tələbə və daha 2 nəfər xəsarət alıb.
Hadisə yerinə təcili yardım, polis və jandarm əməkdaşları göndərilib. Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara aparılıb.
Qəza ilə bağlı araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)