Peruda 5,6 bal gücündə zəlzələ baş verib

19 İyul 2026 10:27

Peruda 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Milli.Az xəbər verir ki, yeraltı təkanların episentri 300 mindən çox əhalisi olan Huancayo şəhərindən 131 kilometr cənub-şərqdə, zəlzələ ocağı isə 22 kilometr dərinlikdə yerləşib.

Hadisə nəticəsində tələfat və ya dağıntı qeydə alınmayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)