Kiyevdə yerüstü vestibülün partlayış dalğası ilə zədələnməsi səbəbindən "Lukyanovskaya" metro stansiyası müvəqqəti olaraq bağlanıb.
Milli.Az xəbər verir ki, bu barədə "RBK-Ukraina" paytaxt administrasiyasına istinadən məlumat yayıb.
"Yaşıl" xətt üzrə qatarlar "Lukyanovskaya" stansiyasından dayanmadan keçir. Metropoliten işçiləri artıq fəsadları aradan qaldırırlar.
Stansiyanın adi rejimdə işinin bərpası barədə əlavə məlumat veriləcək.
Daha əvvəl yerli "Telegram" kanalları stansiyada zədələnmələr və ardınca yaranan tüstülənmə barədə məlumat vermişdi. Qeyd olunurdu ki, tavanın çökməsindən sonra insanlar stansiyadan təxliyə ediliblər.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)