Gənc qadınla görüntülənən 75 yaşlı Məhəmməd Cangörən müxbirə əsəbiləşdi

19 İyul 2026 07:07

"Yeraltı" serialının ustad aktyoru, 75 yaşlı Məhəmməd Cangörən Cihangirdə gənc bir xanımla obyektivlərə tuş gəlib. Aktyor, özünü çəkən və yanındakı xanımın kim olduğunu soruşan müxbirə sərt reaksiya verib.

Milli.Az xəbər verir ki, Məhəmməd Cangörən gənc xanımla uzun müddət söhbət edib. Lakin müxbirlərin sualları aktyorun kefini pozub.

Məkandan çıxarkən yaxınlaşan müxbirin, "Xanımla bir yerdə əyləşmişdiniz..." sualına əsəbiləşən Məhəmməd Cangörən geri çəkilməyərək sərt çıxış edib. Sualdan narahat olduğunu gizlətməyən aktyor "Bəli, əyləşirik, hamı ilə əyləşirik. Bu, sizin üçün problemdir?" - deyərək müxbirə etirazını bildirib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)