Müctəba Xamenei: ABŞ müharibəni qızışdırmağa çalışır

18 İyul 2026 22:00

ABŞ hökumətinin İranla imzalanan razılaşmaları pozması gələcəkdə mümkün ikitərəfli anlaşma memorandumlarına etimadı azaldır.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciətində qeyd edib.

"Hədə-qorxu Amerika doktrinasının və fəaliyyət tərzinin ayrılmaz tərkib hissəsidir", - o "X" sosial media hesabındakı paylaşımda bildirib.

M. Xameneinin fikrincə, ABŞ müharibəni qızışdırmağa çalışır.

Xamenei müraciətində İranının maraqlarının qorunmasını təmin etmək üçün bundan sonra da fəaliyyət göstəriləcəyini söz verib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)