Gəncədə 1 yaşlı uşaq xəstəxanada ölüb.
Milli.Az xəbər verir ki, hadisə Gəncə Birləşmiş Uşaq Xəstəxanasında qeydə alınıb.
Belə ki, uşaq Tərtər rayonundan ağır vəziyyətdə gətirilib.
Həkimlərin müdaxiləsinə baxmayaraq, J. T-nin həyatını xilas etmək mümkün olmayıb.
Azyaşlının ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)