Gəncədə fərdi evdə yanğın olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Rafael Həsənov ünvanında qeydə alınıb.
İlkin məlumata görə, ərazidə mövcud olan quru kol-kosda başlayan yanğın sonradan üçotaqlı evə keçib.
Hadisə zamanı alovu söndürməyə çalışan 2009-cu il təvəllüdlü Əli Məmmədov yıxılaraq xəsarət alıb.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və yanğın söndürənləri cəlb olunub.
Edilən müdaxilə nəticəsində alov söndürülüb.
Hadisənin səbəbləri araşdırılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)