Rusiyanın Stavropol diyarındakı istirahət mərkəzində 80 nəfər kəskin bağırsaq infeksiyası əlamətləri ilə xəstəxanaya müraciət edib.
Milli.Az APA-ya istinadən bildirir ki, Rusiya mediasının xəbərinə görə, zəhərlənənlər arasında 21 uşaq da var.
İlkin ehtimala görə, zəhərlənməyə hazır yeməklərdə aşkarlanan salmonella səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)