Argentina millisinin kapitanı Lionel Messi illər əvvəl körpə Lamin Yamal ilə çəkilmiş məşhur fotoya münasibət bildirib.
Milli.Az xəbər verir ki, xarici KİV-in məlumatına görə, argentinalı futbolçu həmin kadrları "tarixin ən heyrətamiz təsadüflərindən biri" adlandırıb.
Messi qeyd edib ki, şəkil YUNİSEF-in layihələrindən biri çərçivəsində təxminən 20 il əvvəl çəkilib və o zaman Yamal hələ körpə idi.
.jpg)
"Bu, həqiqətən inanılmazdır. O vaxt birlikdə şəkil çəkdirdiyimiz körpə ilə indi dünya çempionluğu uğrunda rəqib olacağıq", - deyə futbolçu bildirib.
Messi İspaniya millisinin gənc ulduzunu yüksək qiymətləndirərək onun hazırda dünyanın ən istedadlı futbolçularından biri olduğunu vurğulayıb.
Qeyd edək ki, dünya çempionatının finalında Argentina və İspaniya milliləri üz-üzə gələcək.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)