Türkiyənin tanınmış aktrisası Bergüzar Korel həyat yoldaşı, məşhur aktyor Halit Ergençlə bağlı paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.
Aktrisanın yayımladığı videoda Halit Ergençin evdən çıxarkən özü ilə üç fərqli termos götürdüyü görünür. Kadrlardan məlum olur ki, aktyor soyuq qəhvə, isti qəhvə və buzlu su üçün ayrıca qablar daşıyır.
Bergüzar Korel paylaşımına zarafatla "Hər yerə litrlərlə maye ilə gedirik" sözlərini yazaraq həyat yoldaşının bu vərdişinə eyham vurub.
Videoda aktrisa Halit Ergençə "Bunların hamısını çöldə içsəydin, nə olardı?" sualını ünvanlayıb. Məşhur aktyor isə gülümsəyərək "Xoşlayıram" cavabını verib.
Cütlüyün səmimi və yumor dolu dialoqu izləyicilər tərəfindən maraqla qarşılanıb. Paylaşım qısa zamanda sosial şəbəkələrdə yayılaraq çoxsaylı bəyənmə və şərhlər toplayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)