Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları ilə Rusiyanın Moskva vilayətinə zərbələr endirdiyi bildirilir.
Milli.Az xəbər verir ki, məlumata görə, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov hücum nəticəsində 26 nəfərin xəsarət aldığını açıqlayıb.
Qubernatorun sözlərinə əsasən, hava hücumundan müdafiə sistemləri vilayət ərazisində ümumilikdə 48 pilotsuz uçuş aparatını məhv edib.
Moskva meri Sergey Sobyanin də paytaxt istiqamətində genişmiqyaslı dron aktivliyinin qeydə alındığını bildirib. Onun sözlərinə görə, Moskva istiqamətində ümumilikdə 370 pilotsuz uçuş aparatı hərəkət edib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)