Trampı öldürənə 10 milyon dollar verəcəklər

18 İyul 2026 12:02

İraqda fəaliyyət göstərən şiə silahlı qruplarının ABŞ Prezidenti Donald Trampın başına 10 milyon dollar məbləğində mükafat qoyduğu bildirilir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu vəsait qruplaşmaların tərəfdarlarının ianələri hesabına toplanıb.

Məlumata görə, onlar bu addımı 2020-ci ildə ABŞ əməliyyatı nəticəsində öldürülən iranlı general Qasım Süleymani və İraqın şiə silahlı dəstələrinin rəhbərlərindən olan Əbu Mehdi əl-Mühəndisin ölümünə görə qisas kimi izah edirlər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)