FİFA kütləvi etirazlardan sonra qərar dəyişdirdi

18 İyul 2026 00:35

FİFA futbol dünyasında müzakirələrə səbəb olan yeni qərarını rəsmən təsdiqləyib.

Milli.Az xəbər verir ki, verilən rəsmi açıqlamaya görə, Dünya Kubokunun final matçında fasilə müddəti ümumilikdə 17 dəqiqə çəkəcək.

​Zamanın idarə olunması daxili qrafiklə növbəti şəkildə müəyyən edilib:

​11 dəqiqə musiqi şousu: Finalın fasiləsində baş tutacaq musiqili performanslar tam olaraq 11 dəqiqə davam edəcək.

​Səhnə və meydança hazırlığı: Yerdə qalan zaman kəsiyi isə şou səhnəsinin qurulması, çıxışdan sonra dərhal sökülməsi və ot örtüyünün sulanması üçün istifadə olunacaq.
Qeyd edək ki, FİFA daha əvvəl şou-proqram üçün fasilənin 30 dəqiqə olmasına qərar vermişdi.  (Offsideplus.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)