Görkəmli heykəltaraş Ömər Eldarovun vəziyyəti pisləşib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 99 yaşlı akademik Eldarov Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.
Ömər Eldarovun köməkçisi saytımıza bildirib ki, yaşı ilə bağlı və hava şəraitinin istiləşməsi onun səhhətinə pis təsir edib. Heykəltəraş müayinələrdən keçdikdən sonra evə buraxılıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)