"Turan Tovuz" ilk yoxlama matçına çıxdı

17 İyul 2026 20:35

"Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.

Milli.Az xəbər verir ki, bölgə təmsilçisi İranın 21 yaşlılardan ibarət yığma komandası ilə üz-üzə gəlib.

Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb. "Turan Tovuz"un yeganə qoluna Sadiq Şəfiyev imza atıb.

Qeyd edək ki, Türkiyə toplanışı çərçivəsində komandanın 4 yoxlama görüşünə çıxması nəzərdə tutulub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)