Gəncədə qadın boşanmaq istəyən ərini avtomobillə vurdu

17 İyul 2026 20:34

Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Rəşid Rəşidli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az Gencexeber.az-a istinadla xəbər verir ki, ona dərhal tibbi yardım göstərilib.

Hazırda vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata əsasən, R.Rəşidlini həyat yoldaşı idarə etdiyi avtomobillə vurub.

İddialara görə, hadisəyə səbəb kişinin həyat yoldaşından boşanmaq istəməsi olub.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)