Finala təyinat aldı, göz yaşlarını saxlaya bilmədi - (Video)

17 İyul 2026 19:29

Xəbər verdiyimiz kimi, İspaniya və Argentina milliləri arasında keçiriləcək 2026-cı il dünya çempionatının final oyununun hakimləri açıqlanıb.

Milli.Az xəbər verir ki, həlledici qarşılaşmanın baş hakimi sloveniyalı Slavko Vinçiç olacaq.

Ona həmyerliləri Tomaş Klançnik və Andraj Kovaçiç kömək edəcəklər. İordaniyalı Adham Mahadme dördüncü hakim funksiyasını yerinə yetirəcək. Ehtiyat hakim isə onun həmyerlisi Məhəmməd Əl-Qalaf olacaq.

Bildirilib ki, təyinat rəsmən elan olunduqdan sonra Vinçiç emosiyalarını gizlədə və göz yaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, DÇ-2026-nın final matçı iyulun 19-da  keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)