Brenda Friker vəfat etdi

17 İyul 2026 18:58

"Oskar" mükafatlı məşhur irlandiyalı aktrisa Brenda Friker 81 yaşında vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  aktrisanın ölüm səbəbi hələlik açıqlanmayıb.

Məlumat üçün bildirək ki, Brenda Frikerə ən böyük məşhurluğu 1989-cu ildə çəkilən "Mənim sol ayağım" (My Left Foot) dramındakı rolu gətirib. O, Daniel Dey-Lüisin canlandırdığı baş qəhrəmanın anası obrazına görə 1990-cı ildə "Ən yaxşı köməkçi qadın rolu" nominasiyasında "Oskar" mükafatına layiq görülüb.

Qeyd edək ki, aktrisa digər yaddaqalan rolları ilə də kino tarixinə düşüb. O, 1986-2010-cu illərdə BBC-nin məşhur "Fəlakət" (Casualty) serialında tibb bacısı Meqan Rouç obrazını canlandırıb. Komediya sevənlər isə onu daha çox "Evdə tək 2" (Home Alone 2: Lost in New York, 1992) filmindəki məşhur "göyərçinli xanım" rolu ilə tanıyırlar. Həmin filmdə o Makoley Kalkin ilə tərəf müqabili olub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)