Narkotik satıcılarına qarşı əməliyyatlar: 161 nəfər həbs olunub - (Video)

17 İyul 2026 16:36

Polis əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirlərini davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, son bir ay ərzində Bakı şəhərində keçirilən əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində narkotiklərlə bağlı 199 fakt aşkarlanıb.

Məlumata görə, həmin faktlardan 192-si üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, 7 fakt üzrə isə inzibati icraat aparılıb. Araşdırmalar çərçivəsində 161 şəxs barəsində həbs və digər qətimkan tədbirləri seçilib.

Keçirilən tədbirlər nəticəsində qanunsuz dövriyyədən ümumilikdə 372 kiloqram 685 qram heroin, marixuana, tiryək, metadon, həşiş, metamfetamin və digər narkotik vasitə və psixotrop maddələr götürülüb.

Bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində tədbirlər davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)