Flora Kərimovanın son durumu açıqlandı

17 İyul 2026 15:45

Xalq artisti Flora Kərimova yaxşıdır, evindədir.

Milli.Az xəbər verir ki, bu barədə Kult.az-a açıqlamasında sənətkarın köməkçisi Əli Davud deyib.

"Hər şey qaydasındadır. Həmişəki kimi müalicəsini davam etdirir. Müayinə üçün xəstəxanaya gedib-gəlir. Səhhəti nəzarət altındadır", - o bildirib.

Qeyd edək ki, dünən səhər saatlarında xalq artistinin səhhəti pisləşib və müğənni üçün Təcili Tibbi Yardım briqadası çağırılıb. İfaçıya yerində ilkin tibbi yardım göstərilib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)