Çimərliklərində dəniz suyu 26 dərəcəyədək isinəcək

17 İyul 2026 14:56

İyulun 18-də Abşeron yarımadasının çimərliklərində hava şəraitinin əlverişli olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gün ərzində mülayim şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zaqulbada 24-25 dərəcə, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə 25-26 dərəcə isti olacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)