DÇ finalına bilet qiymətləri rekord qırdı - Siyahı

17 İyul 2026 14:26

İyulun 19-da keçiriləcək dünya çempionatının finalında Argentina və İspaniya milliləri üz-üzə gələcək. ABŞ-ın Nyu-Cersi ştatındakı "MetLife" stadionunda baş tutacaq həlledici qarşılaşmaya biletlərə böyük tələbat yaranıb.

Məlumata görə, rəsmi satış zamanı biletlərin ilkin qiymətləri kateqoriyalara uyğun olaraq belə müəyyənləşdirilmişdi:

  • 4-cü kateqoriya - təxminən 2 030 dollar
  • 3-cü kateqoriya - təxminən 2 790 dollar
  • 2-ci kateqoriya - təxminən 4 210 dollar
  • 1-ci kateqoriya - təxminən 6 730 dollar

Lakin finala marağın artması ilə, xüsusilə təkrar satış bazarında qiymətlər kəskin bahalaşıb. Hazırda ən ucuz biletlərin qiyməti 7 000-8 000 dollar arasında dəyişir.

Mənbələrin məlumatına görə, rəsmi satış platformalarında bəzi premium biletlərin qiyməti isə 32 970 dollara qədər yüksəlib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)