“Koroğlu”dan Sea Breeze-ə ekspres avtobus işləyəcək

17 İyul 2026 13:08

Yay mövsümü ilə əlaqədar paytaxtdan çimərlik ərazilərinə sərnişin axınının artması nəzərə alınaraq yeni ekspres marşrut istifadəyə verilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, iyulun 18-dən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə Sea Breeze istirahət mərkəzini əlaqələndirən 150E nömrəli ekspres marşrut fəaliyyətini bərpa edəcək.

Marşrut üzrə avtobuslar həftənin şənbə və bazar günləri metronun "Koroğlu" stansiyasının cənub çıxışından ("Piramida" tərəf) yola düşəcək.

Avtobusların hərəkəti zamanı aşağıdakı dayanacaqlarda sərnişinlərin minib-düşməsi təmin olunacaq:

Böyüktutumlu avtobuslar sərnişinlərə 07:00-dan 22:00-dək, 30 dəqiqəlik intervalla xidmət göstərəcək.

Marşrut üzrə gedişhaqqı 0,90 manat təşkil edir. Ödəniş yalnız nağdsız qaydada həyata keçiriləcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)