İsrailin qanunverici orqanı - Knesset fəaliyyətini vaxtından əvvəl dayandırmaq qərarı qəbul edib.
Associated Press-in məlumatına görə, Knessetin son iclasında partiyaların maliyyələşdirilməsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.
Sənədin lehinə 62 deputat səs verib, əleyhinə səs verən olmayıb və qanun layihəsi qəbul edilib.
Qəbul olunan sənəddə, həmçinin oktyabr ayında keçirilməsi planlaşdırılan seçkilər ərəfəsində parlamentin buraxılmasını nəzərdə tutan müddəa yer alıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)