Bazarlarda etiketsiz satılan bütün məhsullar etiketlənəcək.
Milli.Az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əli Nəbiyev qurumun 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, proses əvvəlcə Bakı şəhərindən başlayıb, tədricən region bazarlarını da əhatə edəcək:
"AQTA dövlət hesabına bazarlarda əvvəllər etiketsiz satılan bütün məhsulların etiketlənməsini həyata keçirir. Artıq "Təzə bazar"da məhsulların etiketlənməsi prosesi başlayıb. Yaxın zamanlarda digər bazarları da əhatə edəcək".
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)