Şagirdlər üçün “ağıllı müəllim”: Yeni sistem hazırlanır

17 İyul 2026 13:32

Azərbaycanda məktəblilər üçün süni intellekt əsaslı "EduSLM" platformasının istifadəyə verilməsi planlaşdırılır. Layihə Elm və Təhsil Nazirliyi ilə BƏƏ-nin "Presight G42" şirkəti arasında qurulan əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Milli.Az xəbər verir ki, yeni sistem şagirdlərin bilik və bacarıqlarına uyğun fərdiləşdirilmiş tədris dəstəyi göstərəcək. Platforma dərsliklərlə bağlı sualları cavablandırmaq, test tapşırıqları hazırlamaq, ev tapşırıqlarını yoxlayaraq qiymətləndirmək imkanına malik olacaq. Eyni zamanda interaktiv tədris materialları formalaşdıracaq, şagirdlərin irəliləyişini izləyəcək və tədris prosesinin daha səmərəli təşkilinə kömək edəcək.

Bununla belə, "EduSLM"in tətbiqi cəmiyyətdə fərqli fikirlərlə qarşılanıb. Bəzi müəllim və valideynlər bu yeniliyi müsbət qiymətləndirsələr də, digərləri platformanın istifadəsi ilə bağlı müəyyən narahatlıqlarını dilə gətirirlər.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)