Paytaxt ərazisində oğurluq edən şəxslər saxlanılıb

17 İyul 2026 11:25

Paytaxtın Yasamal rayonunda yerləşən evlərdən birindən kombi aparatı və digər məişət əşyaları oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvələr məhkum olunmuş 39 yaşlı F.Ağaəliyev müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı onun oğurladığı məişət əşyalarının bir hissəsini satdığı müəyyən edilib.

Nərimanov rayonu ərazisində də evdən oğurluq etməkdə şübhəli bilinən 40 yaşlı E.Cavadov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)