Yaxın vaxtlarda Xaçmazda yenilənmiş heyvan bazarı istifadəyə veriləcək.
Milli.Az xəbər verir ki, bunu AQTA-nın sədr müavini Əli Nəbiyev deyib.
2026-cı ilin ilk altı ayı ərzində əsaslı təmirdən sonra 11 heyvan bazarı yenidən fəaliyyətə başlayıb. Bununla ölkə üzrə işlək heyvan bazarlarının sayı 14-ə yüksəlib. Xaçmaz bazarının da açılması ilə bu rəqəm 15 olacaq.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)