ABŞ zərbə endirdi, İran belə cavab verdi

17 İyul 2026 10:26

İyulun 17-nə keçən gecə ABŞ ilə İran arasında gərginlik daha da artıb.

Milli.Az xəbər verir ki, İran mətbuatının məlumatına görə, ABŞ qüvvələri ölkənin müxtəlif bölgələrinə raket zərbələri endirib.

Bildirilir ki, Bəndər-Abbas, Keşm adası, Əhvaz, Buşehr, Bəndər-Xomeyni, Bəndər Lingə, Veysian və Çabahar istiqamətlərində partlayışlar qeydə alınıb. İranşəhr hava limanının da hücuma məruz qaldığı iddia olunur.

Hadisələrə cavab olaraq İran ordusunun pilotsuz uçuş aparatları və raketlərlə Bəhreyn, Küveyt, İordaniya və Qətərdə yerləşən ABŞ hərbi obyektlərini hədəfə aldığı bildirilib. İran mediası hücumlar zamanı ABŞ ordusuna məxsus bəzi hərbi texnikaların zərər gördüyünü yazıb.

Hadisələrlə bağlı tərəflərin rəsmi açıqlamaları və vəziyyətin inkişafı diqqətlə izlənilir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)