Braziliya millisinin futbolçusu Neymar DÇ-2026-dakı çıxışını başa vurduqdan sonra bahalı alış-verişi ilə gündəmə gəlib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ulduz futbolçu 23 milyon dollar dəyərində lüks yaxta alıb. Bildirilir ki, yaxta Braziliyanın Rio-de-Janeyro ştatının Anqra-dus-Reys şəhərində yerləşir.
Dəbdəbəli gəmidə altı kayut, geniş istirahət zonaları və müasir avadanlıqlarla təchiz olunmuş bölmələr mövcuddur. Yaxtanın üst göyərtəsində isə helikopter enişi üçün xüsusi meydança da hazırlanıb.
Qeyd edək ki, Neymarın çıxış etdiyi Braziliya millisi DÇ-2026-da mübarizəni 1/8 final mərhələsində dayandırıb. Komanda Norveç yığmasına 1:2 hesabı ilə məğlub olaraq turnirlə vidalaşıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)