Oğuzhan Uğur saxlanıldı - (Foto)

17 İyul 2026 10:00

Türkiyədə Ahbap Dərnəyi ilə bağlı aparılan araşdırmalar çərçivəsində bloqer və aparıcı Oğuzhan Uğur saxlanılıb.

Milli.Az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun istintaqı davam edərkən, daha əvvəl dərnəyin rəhbəri Haluk Levent də daxil olmaqla bir neçə şəxs barəsində həbs qərarı verilib.

Araşdırmaların genişləndirilməsi nəticəsində Oğuzhan Uğur da saxlanılanlar sırasına daxil edilib.

Uğur saxlanılmazdan əvvəl sosial şəbəkədə paylaşım edərək bildirib ki, Ahbapla bağlı hər hansı qanun pozuntusu aşkarlanarsa, bunun araşdırılmasını dəstəkləyir. O, 6 fevral zəlzələlərindən sonra dərnəyə verdiyi dəstəyin məqsədinin yalnız zərərçəkənlərə yardım etmək olduğunu vurğulayıb.

Hazırda hadisə ilə bağlı istintaq tədbirləri davam edir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)